İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlıları işə götürən müəssisə BAĞLANDI

Rusiyada azərbaycanlıları işə götürən müəssisə bağlanıb.

Musavat.com xəbər verir ki, Perm diyarının məhkəmə icraçıları Yurla kəndindəki mişar zavodunun fəaliyyətini dayandırmaq barədə qərar qəbul ediblər.

Buna səbəb biznes sahibinin iki Azərbaycan vətəndaşını işə götürməsi ilə bağlı aidiyyəti orqanlara məlumat verməməsi olub.

Məhkəmə işə baxaraq sahibkarı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.15-ci maddəsinin 3-cü hissəsini pozmaqda təqsirli bilib və iki həftə müddətinə müəssisənin fəaliyyətinin dayandırılması qərarı verib.

Qərarın icrasına başlanandan dərhal sonra məhkəmə icraçıları xidmətinin nümayəndələri zavodun yerləşdiyi əraziyə gələrək istehsalat sahələrini möhürləyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR