Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanəti təqdim etməyə hazırdır, lakin bu, NATO üzvlüyü formasında olmayacaq.
Musavat.com xəbər verir ki, Politico-nun mənbələrinə görə, Tramp həmçinin Rusiya ilə atəşkəs razılaşması əldə olunacağı halda Kiyevə “saxlayıcı vasitələr” təqdim edilməsinin nəzərdən keçirilə biləcəyini vurğulayıb.
Məlumata görə, bu planın reallaşması üçün bir sıra şərtlərin yerinə yetirilməsi tələb olunur. Bununla belə, Tramp “təhlükəsizlik zəmanəti” dedikdə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb və yalnız ümumi konsepsiyadan danışmaqla kifayətlənib.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ