İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsiman Yaqublu Niderlandda 28 May və "M.Ə.Rəsulzadə-140" tədbirlərində iştirak edib

Niderlandın Haaqa şəhərində "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Cəmiyyətinin təşkilatçılığı və Dövlət Diaspora Komitəsinin dəstəyi ilə Azərbaycan Cümhuriyyətinin 106-cı ildönümü və M.Ə.Rəsulzadənim 140 illiyi münasibəti ilə böyük tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbiri Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva açıb. Sonra Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu geniş elmi məruzə ilə çıxış edib. N.Yaqublu çıxışının sonunda Niderlandda yaşayan azərbaycanlılara yeni nəşr edilmiş M.Ə.Rəsulzadə haqqında olan kitabını hədiyyə edib.

100-dən çox insanın iştirak etdiyi tədbirdə Respublikanın Əməkdar artistləri Firuz Məmmədov və Xəyyam Məmmədovun iştirakı ilə maraqlı konsert proqramı olub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR