İnsanlara hürriyət, millətlərə istiqlal!

Nepalda güclü zəlzələ baş verib

Nepalda 5,5 bal gücündə zəlzələ baş verib.

“Report” bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir.

Vurğulanır ki, zəlzələnin episentri 1,4 milyon nəfərdən çox əhalisi olan paytaxt Katmandudan 65 km şimal-şərqdə, yeraltı təkanların ocağı isə 10 km dərinlikdə yerləşib.

Nepal Milli Seysmoloji Mərkəzi ölkənin bəzi bölgələrində, o cümlədən Sindhupalçok rayonunda, təbiət hadisəsinin 6,1 bal gücündə hiss olunduğunu bildirib.

Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR