Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib. O, Rusiya tərəfdən Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olması barədə "güclü siqnallar" aldığını bildirib.
Tramp bildirib ki, Rusiyadan sülh yolu ilə nizamlanmaya hazır olduğuna dair siqnallar alıb və “qanın tökülməsini dayandırmağın vaxtı çatıb” deyib.
Qeyd edək ki, Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən danışıqlar masasına oturmağa hazır olduğu barədə məktub aldığını bildirib. O əlavə edib ki, Zelenski həmçinin “ABŞ üçün əlverişli olan istənilən vaxt” nadir torpaq metalları ilə bağlı saziş bağlamağa hazır olduğunu açıqlayıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz.
Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
06 Mart 2025
05 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ