Onlayn ictimai-siyasi qəzet
“Bu günə kimi Qarabağdan olan 3000-dən çox erməni Ermənistan Respublikasını tərk edib”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 19-da hökumətin iclasında deyib.
“Mən bu mövzuda nəticə çıxarmaq istəmirəm, bəlkə də onların çoxu qohumlarını ziyarət etməyə, bir az vaxt keçirməyə hazırlaşır. Mən Qarabağdan olan şəxsləri Ermənistanda qalmağa çağırıram. Biz onları dəstəkləmək üçün hər şeyi edirik.
Bizim siyasətimiz onların Ermənistanda qalmaları üçün hər şeyi etməkdir ”, - deyə Paşinyan söyləyib. Erməni baş nazir yerli hökumətin köçənlər üçün 100 milyon dollar ayırdığını, müxtəlif proqramlar hazırlandığını bildirib.
Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının nümayəndə heyəti oktyabrın 18-də Strasburqda keçirilən görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər. Musavat.com bildirir ki, Avropa Parlamenti, daha sonra AŞ PA-nın qətnamələrinin ardınca indi də AŞ NK və Aİ birgə qərəzli bəyanatla çıxış ediblər. “Avropa İttifaqı Azərbaycanın 19 və 20 sentyabr tarixlərində keçirdiyi hərbi əməliyyatlardan sonra Qarabağ ermənilərinin kütləvi surətdə köçürülməsi və Laçın dəhlizinin doqquz aylıq blokadası nəticəsində yaranmış son dərəcə çətin vəziyyəti narahatlıqla izləməkdə davam edir. Dağlıq Qarabağın demək olar ki, bütün əhalisi, 100,6 min nəfərdən çoxu Ermənistanda sığınacaq tapıb”, - deyə bəyanatda qeyd olunub. Bəyanatda deyilir ki, Qarabağda qalanlara və gedənlərə davamlı olaraq maneəsiz humanitar dəstəyin təmin edilməsi son dərəcə vacibdir
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ