Onlayn ictimai-siyasi qəzet
NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib. “Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayır və hərtərəfli araşdırmaya çağırırıq”- deyə paylaşımda qeyd edilib.
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin gövdəsində qəlpə və ya güllə zədələnməsinə bənzər dəliklər var, bu, hava gəmisinin quş sürüsü ilə toqquşması ilə bağlı rəsmi versiyanı şübhə altına alır. Böyük Britaniyanın “The Times” qəzeti yazır. Nəşrə danışan mütəxəssislər deyirlər ki, belə hallarda təyyarələr adətən, hadisə yerindən yüzlərlə kilometr aralıda düşmək əvəzinə təcili eniş edir.
“Conflict Intelligence Team”ın analitiklərinə görə, gövdədəki dəliklər Rusiyanın “Pantsir-S1” raket kompleksinin zərbəsinin nəticəsində ola bilər. “Hadisə Ukraynanın 50 pilotsuz təyyarəsinin Rusiya ərazisində, o cümlədən cənub bölgələrində hava hücumundan müdafiə sistemlərinin işə salınmasına səbəb ola biləcək hücumlardan qısa müddət sonra baş verib. Tədqiqatçı Oliver Aleksandr qəzaya uğrayan AZAL təyyarəsinin görüntülərini təhlil edərək, şaquli stabilizatorun bir tərəfində giriş, digər tərəfində isə çıxış dəliklərinin olduğunu qeyd edib”, - məqalədə qeyd olunur. Aleksandr vurğulayır ki, quşlar təyyarənin gövdəsinə bu şəkildə zərər vura bilməzdi.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu və siyasi şərhçi Elçin Xalidbəyli təyyarə qəzasının son təfərrüatını təhlil edirlər.
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ