İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin bir barelinin qiyməti 380 dollara qədər qalxa bilər - analitiklərin rəyi

ABŞ və Avropa sanksiyaları Rusiyanı neft hasilatını azaltmaqla cavab tədbirləri görməyə məcbur edərsə, dünya neft qiymətləri bir barrel üçün 380 dollara çata bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “JPMorgan Chase & Co” şirkətinin analitikləri belə bir qənaətə gəlib.

Ekspertlər “G7” ölkələrinin Rusiya neftinin qiymətini məhdudlaşdırmaq üçün kompleks mexanizm hazırladığını bildiriblər.

“JPMorgan” analitikləri Moskvanın sabit maliyyə vəziyyətinə malik olması halında ölkə iqtisadiyyata yersiz zərər vurmadan gündəlik neft hasilatını 5 milyon barel azaltmağa qadir olduğunu vurğulayıblar.

Lakin bu, dünyanın qalan hissəsi üçün fəlakətli nəticələr törədə bilər. Mütəxəssislərin fikrincə, gündəlik tədarükün 3 milyon barel azaldılması neftin qiymətini Londonda 190 dollara, 5 milyon barel azalması təqdirdə isə 380 dollara çatmasına səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR