İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi” ikinci Juninyonu transfer edib? - Samir Abasov deyib ki…

“Neftçi”nin yeni ildə sıralarına qatdığı üç futbolçudan biri Bassala Sambudur.

Peşəkar karyerasını onu yetişdirən İngiltərə “Koventri”sində (2015/2016) başlayan hücumçu Bakı klubu ilə 6 aylıq+1 illik müqavilə imzalayıb.

Hannover doğumlu 27 yaşlı Almaniya vətəndaşının yaydan sonra Azərbaycanda qalıb-qalmaması Samir Abasovdan daha çox, özündən asılıdır.

Qol yollarında faydalı olacağını isbata yetirərsə, baş məşqçi kontraktının uzadılmasına razılıq verəcək.

Yeni transfer artıq Premyer Liqada debüt etməyə imkan tapıb. XXII turun “Zirə” ilə səfər oyununda (1:2) meydana çıxıb. O, 76-ci dəqiqədə Flip Ozobiçi əvəzləyib.

Deməliyik ki, Samir Abasovun Sambuya inamı böyükdür. Ötən ilin oktyabrında “ağ-qaralar“ın sükanı arxasına qayıtmış mütəxəssis klub rəsmiləri ilə apardığı fikir mübadiləsi zamanı onu Olavio Juninyoya bənzədib.

Çalışdırıcı Bassalanın “Qarabağ“ın ötən ay 5 milyon avro qarşılığında “Flamenqo“ya satdığı braziliyalı forvardla eyni xüsusiyyətləri daşıdığını bildirib.

Belə ki, “Koventri“nin yetirməsinin Juninyo qədər fürsətcil, sürətli və hərəkətli olduğunu söyləyib, funksionerləri əmin edib ki, o, hücum fazasında çatışmazlıqları aradan qaldıracaq, qısa müddətdə azarkeşlərin sevimlisinə çevriləcək.

“Koventri”də cəmi 1 kubok oyunu keçirən Bassala sonrakı 3 mövsümdə 2-ci Premyer Liqanın “Everton”un U-23 komandasında 3 mövsüm ərzində bütün turnirlərdə 83 oyunda 28 qol vurub.

Növbəti 3 mövsümdə Niderland Erediviziyası klubu “Fortuna Sittard”ın oyunçusu olan Sambu burada 38 oyunda 3 qolla fərqlənib.

Bu 3 mövsümünün ikincisində icarədə Danimarka Superliqasında “Randers”in formasını geyinib, 28 oyunda 4 qol vurub.

2021-ci ildə yenidən Britaniyaya qayıdıb, İngiltərə aşağı liqalarında növbəti iki mövsümünün çox hissəsini “Kru Aleksandra”da (49 oyun, 1 qol), bir hissəsini isə icarədə “Oldhem Atletik”də (9 oyun, 2 qol) keçirib.

2023/2024 mövsümündə “Enosis Neon Paralimni”nin Kiprin ikinci divizionundan birinci diviziona yüksəlməsində 2 qolu ilə iştirak edən hücumçu cari mövsümdə klubla ölkə kubokunda 4 oyuna 2, çempionatda 18 oyunda 3 qol vurub.

Komandasının bombardiri olan hücumçu 18 oyunun 16-sında meydana start heyətinə çıxıb və cəmi 1526 dəqiqə oynayıb. Bu oyunlarda 19 zərbəsindən 9-u qapı çərçivəsinə gedən futbolçunun 2 zərbəsi bloka alınıb.

Sambunun 2 həmləsi ofsayda düşməsi səbəbindən yarımçıq dayandırılıb. Driblinqlərinin 86,49 faizini uğurla başa çatdıran Bassala 32 dəfə müsbət nəticəyə nail olub. Rəqib futbolçular isə onu 20 dəfə driblinqdə keçiblər.

Rəqibin cərimə meydançasına 25 dəfə şığıyan hücumçu bunun 7-də uğurlu olub.

Təkbətək mübarizədə 154 (36,75 faiz), hava mübarizəsində isə 47 (40,52 faiz) qələbəsi heç də yüksək göstərici deyil.

272 ötürməsinin 191-i (70,22 faiz) dəqiq olan Bassalanın bu paslarının 1-i qola gətirib. Uzun ötürmələrinin 9-u (47,37 faizi) ünvana çatıb.

Müdafiəçilərə yardıma gələrkən 21 dəfə topu təhlükəli zonadan uzaqlaşdıran hücumçunun səhvi üzündən rəqibləri 10 dəfə qapıya zərbə vura biliblər.

20 dəfə qayda pozan futbolçuya qarşı 43 dəfə fol edilib. Kobudluğu 6 dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Oyunu orta 6,85 balla dəyərləndirilən Sambu bu göstəriciyə görə komandasında 6-cıdır. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Fevral 2025

15 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR