İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar İRƏLİLƏYİR: Bu yaşayış məntəqələri ƏLƏ KEÇİRİLDİ

Rusiya qüvvələri Donetsk vilayətində yerləşən Perestroyka, Komar və Mirnoye yaşayış məntəqələrini ələ keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın analitik “DeepState” layihəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, rus qoşunları İvanovka və Voskresenka yaxınlığında da irəliləyiş əldə ediblər.

“DeepState” ekspertlərinin sözlərinə görə, son həftələr Ukrayna ordusu üçün xüsusilə ağır keçib. Belə ki, Rusiya ordusu əməliyyatlara başlayıb və nəticədə Ukrayna Silahlı Qüvvələrinin bir sıra mövqeləri itirilib.

Layihənin 13 oktyabr axşamı yaydığı məlumata əsasən, Rusiya ordusu Dnepropetrovsk vilayətinin Ternovoye qəsəbəsini də nəzarətə götürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR