İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin müharibəni genişləndirir: 2 milyonluq ordu GÖNDƏRİR

Rusiyada qanunvericiliyə edilən dəyişikliklər Vladimir Putinə Ukraynada döyüşmək üçün 2 milyonadək ehtiyat hərbçini səfərbər etməyə imkan verə bilər.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Nəşr yazır ki, bu dəyişikliklər Kreml rəhbərinə "rəsmi müharibə elan etmədən" ordu sıralarını genişləndirməyə şərait yaradır.

Əvvəllər mövcud qanun buna icazə vermirdi.

Yeni qaydalar Rusiyaya yalnız müharibə şəraitində deyil, həm də sülh dövründə ehtiyat qüvvələri orduya çağırmaq imkanı verəcək. Bu, Putinə 2022-ci ilin sentyabrında keçirilən və ölkədə böyük narazılıq doğuran qismən səfərbərlik kimi addımlardan yayınmaq üçün yeni fürsət açır.

Xatırladaq ki, həmin səfərbərlik zamanı on minlərlə insan ölkədən qaçmışdı.

Dövlət Dumasının müdafiə komitəsi sədrinin müavini Aleksey Juravlyov bildirib ki, iki milyonluq ehtiyat ordu öz sahəsində peşəkarlardan ibarətdir və hazırda onların potensialı istifadə olunmur.

Qanun layihəsinə daxil edilən başqa bir düzəliş bu ehtiyat qüvvələrin Rusiya sərhədlərindən kənarda da yerləşdirilməsinə imkan verəcək.

Dumanın müdafiə komitəsinin sədri Andrey Kartapolov isə deyib ki, Putin ehtiyat qüvvələri Ukraynanın şimal-şərqində, Sumi və Xarkov vilayətlərinə göndərə bilər. Bu bölgələrdə Rusiya qoşunları hazırda irəliləməyə çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR