İnsanlara hürriyət, millətlərə istiqlal!

Faizsiz kreditlər kimlərə veriləcək? - VİDEO

Gələn ildən Azərbaycanda faizsiz kreditlərin verilməsi nəzərdə tutulub.

Bilidirilib ki, İslam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu sistemdə faiz anlayışı yoxdur, lakin bu, pulu qazancsız vermək mənasına gəlmir.

İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədri Ruslan Atakişiyev "Xəzər Xəbər"ə açıqlamasında bildrib ki, ölkəmizdə planlaşdırılan İslam Bankçılığı məhsullarından ilkin olaraq "Murabaha" təqdim olunacaq. Bu alətdən də əsasən sahibkarlar, iş adamları yararlana biləcək.

Ruslan Atakişiyev bildirib ki, İslam dinində faiz haram hesab olunduğundan kredit faizsiz, lakin ticarət anlayışı ilə veriləcək. Yəni vətəndaşın əldə etmək istədiyi məhsulu bank alacaq və vətəndaşa üzərinə pul qoyub, ödənişi hissələrə bölüb satacaq.

Nəticə olaraq demək olar ki, vətəndaşın itirdiyi məbləğ dəyişmir. Sadəcə bu dəfə vətəndaşın artıq ödədiyi məbləğ faiz yox, ticarət adlanır.

Daha ətraflı videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR