İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Valyuta Fondu: Qlobal iqtisadiyyatın artım tempi zəifləyəcək  

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artım proqnozunu yeniləyib.

Musavat.com Fondun oktyabr hesabatına istinadən xəbər verir ki, yenilənmiş proqnoza əsasən bu il qlobal iqtisadi artım 2024-cü ildəki 3,3 faizdən 3,2 faizə qədər azalacaq.

2026-cı ildə isə dinamika 3,1 faizə qədər yavaşlayacaq.

Fond ekspertlərinə görə, baxmayaraq ki, ABŞ-da tariflərin tətbiqindən yaranan şok ilkin gözləniləndən az oldu, artımın ləngiməsi qeyri-müəyyənlik və proteksionizmin təsiri ilə bağlıdır: "Tariflərin qlobal iqtisadiyyata mənfi təsiri nisbətən mülayim oldu. Bu, ilin birinci yarısında idxalı qabaqlayıcı şəkildə artıran və tədarük zəncirlərini tez bir zamanda yenidən strukturlaşdıran, ticarət axınlarını yönləndirən özəl sektorun çevikliyi sayəsində mümkün oldu. Bu, həm də müxtəlif ölkələrlə ABŞ arasında ticarət sazişlərinin bağlanması, eləcə də digər ölkələr ticarət sistemi arasında açıq siyasətlərin bağlanması sayəsində mümkün oldu”.

Sənəddə qabaqcıl iqtisadiyyatların 2025-2026-cı illərdə orta hesabla 1,5 faiz ətrafında böyüməsi, ABŞ iqtisadiyyatında artımın isə 2 faizə qədər yavaşlaması proqnozlaşdırılır. İnkişaf etməkdə olan iqtisadiyyatlar orta artımı 4 faizdən bir qədər yüksək həddə olacaq.

Qlobal inflyasiyanın 2025-ci ildə 4,2 faizə, 2026-cı ildə isə 3,7 faizə enəcəyi proqnozlaşdırılır. Lakin ki, onun səviyyəsi ölkələr üzrə əhəmiyyətli dərəcədə dəyişəcək: ABŞ-da daha yüksək sürətlənmə riskləri ilə hədəfdən yuxarı olacağı gözlənilir, dünyanın əksər digər regionlarında isə səngimiş, aşağı inflyasiya müşahidə olunacaq.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR