Onlayn ictimai-siyasi qəzet
"Neftçi" yaxın günlərdə daha bir oyunçusu ilə vidalaşa bilər.
Brayan Moreno Roman Qriqorçukun planlarından kənarda qalıb. Buna səbəb kolumbiyalı hücumçunun sağlıq durumudur.
O, Türkiyədə keçirilən təlim-məşq toplanışının gedişində zədələnib. Məşq əsnasında aldığı xəsarət çox ciddidir.
Bir neçə ay yaşıl sahələrdən kənarda qalacağı dəqiqdir. Ehtimal var ki, 2025-ci ilin yanvar-fevral aylarınadək meydana dönməsin.
Hər halda həkimlər bununla bağlı məşqçilər korpusuna xəbərdarlıq edib.
Eyni zamanda, bildiriblər ki, Moreno tezliklə əməliyyat olunmalıdır. Yalnız cərrahi müxadilənin nəticəsi bilinəndən sonra dönüşlə bağlı dəqiq diaqnoz qoyulacaq.
Odur ki, paytaxt təmsilçisi yeni mövsüm üçün iştirak ərizəsinə Brayan Morenonu daxil etməyib.
Cənubi amerikalı razılaşsa, 2025-ci ilin iyununda bitəcək sözləşməsinə vaxtından əvvəl xitam veriləcək. Bakılılar bu ayrılığın reallaşmasından sonra müəyyən təzminat ödəməyə etiraz etmir.
Paytaxt təmsilçisi bu ilin yanvarında kolumbiyalı hücumçu ilə 1,5 illik müqavilə bağlanıb. 24 yaşlı forvarda 88 nömrəli forma verilib.
Onun son klubu ÇSKA (Sofiya, Bolqarıstan) olub. (sportinfo.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ