İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftçaladakı İran əməliyyatının ŞOK təfərrüatları: 3 nəfər casus bunu edib – Tural Abbaslı ilə “Canlı debat”da

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunmasıyla bağlı əməliyyatlar davam edir.

Bununla bağlı növbəti əməliyyat ötən gün Neftçala rayonunda keçirilib.
Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar. Onların bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Qeyd edək ki, ötən gün ölkəmizdə İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib və 7 nəfər saxlanılıb. Saxlanılarlar içərisində "Salamnyus" və "İnteraz"ın əməkdaşları da var.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbası ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR