İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ilk: Alternativ enerji kömür enerjisini üstələdi

2025-ci ilin birinci yarısında dünyada günəş və külək elektrik stansiyaları da daxil olmaqla bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı tarixdə ilk dəfə olaraq kömürdən əldə olunan elektrik enerjisi istehsalını ötüb. Musavat.com Reuters-ə istinadən xəbər verir ki, məlumatı Ember analitik şirkəti açıqlayıb.

Bildirilir ki, yanvar-iyun ayları ərzində qlobal bərpa olunan elektrik enerjisi istehsalı 5,072,000 TVt/saata, kömürlə işləyən elektrik enerjisi istehsalı isə 4,896,000 TVtsaata çatıb.

Dünyanın ən böyük elektrik istehlakçısı olan Çin ilin birinci yarısında öz qalıq yanacaq elektrik enerjisi istehsalını illik müqayisədə 2 faiz azaldıb. Bu arada Çində günəş enerjisi istehsalı 43 faiz, külək enerjisi istehsalı isə 16 faiz artıb.

Hindistan külək enerjisi istehsalını 29 faiz, günəş enerjisini isə 31 faiz artırıb. Bu, ona kömür və qazdan istifadəni 3,1 faiz azaltmağa imkan verib.

Birləşmiş Ştatlar kömürlə elektrik istehsalını 17 faiz artırıb, qazla işləyən istehsalı isə 3,9 faiz azalıb. Avropa İttifaqında təbii qazla elektrik enerjisi istehsalı 14 faiz, kömürlə elektrik enerjisi istehsalı isə 1,1 faiz artıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR