İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft embarqosu Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketinə daxil edilməyib

Neft embarqosu Avropa İttifaqının Rusiyaya qarşı müzakirə mərhələsində olan beşinci sanksiya paketinə daxil deyil, lakin Aİ-nin xarici işlər nazirləri onu aprelin 11-də nəzərdən keçirəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündən öncə deyib. Onun sözlərinə görə, aprelin 6-da Avropa İttifaqının səfirləri Rusiyaya qarşı beşinci sanksiya paketi ilə bağlı razılığa gələ bilməyib və məhdudiyyətlər bloku bu gün, ən geci sabah qəbul edilə bilər.

Jozep Borrel həftə sonu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə Kiyevə səfər edəcəyini xatırladıb və səfər zamanı yeni sanksiyalar paketini elan edəcəyinə ümidvar olduğunu bildirib.

Avropa diplomatiyasının rəhbəri Ukraynaya dəstəkdən danışarkən Volodimir Zelenskiyə silahların, resursların, həmçinin Rusiyaya qarşı daha çox sanksiyanın və təcridin lazım olduğunu vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR