İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nə etsəm də, qayınanam qədrimi bilmədi"

Müğənni Mənzurə Musayeva maraqlı açıqlamalar verib.

O, uğursuz ailə həyatından danışıb.

Hər cür fədakarlıqları etdiyini deyən sənətçi qayınanasının onun qədrini bilməməsindən gileylənib:

"İnsanlar mənə heç vaxt dəyər verməyib. Təkcə Allah mənə dayaq olub. Yaxşılıq edənin qədri bilinmir. Ərimin qohumları qaçqın olaraq gəlmişdilər. Bir otaqlı evdə 9 nəfərə yer saldım. Özüm mətbəxdə yatırdım. Bunları kim edər? Qazanıb gətirirdim, hamısı üçün nəsə edirdim. O vaxt qız toylarına gedirdim. Həyat yoldaşım məni yalnız qadın məclislərinə getməyimə icazə verirdi. Çoxlu xalatlar, corablar daşıyıb verirdim qayınanamgilə, onlar da dükana qoyub satırırdılar.

Toya gedəndə öncədən 4-cü yeməyə kimi bişirib qoyurdum ki, ac qalmasınlar. Söz tapmıram, heç olmasa, bir dəyər verərdilər"../Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 May 2025

BÜTÜN XƏBƏRLƏR