İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlikdən hava şəraiti ilə bağlı SON AÇIQLAMA

Dekabrın 23-ü saat 20:00-a olan məlumata əsasən, günün ikinci yarısından hava şəraiti dəyişib, Balakən, Şəki, Mingəçevir, Zaqatala, Sarıbaşda (Qax), Ağstafa, Ceyrançöl, Gəncə, Tovuz, Yevlaxda arabir yağış, Şahdağ, Gədəbəydə qar yağıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi yerlərdə cənub-qərb küləyi arabir güclənib.

Küləyin maksimal sürəti: Naftalanda 32 m/s, Gəncədə 30 m/s, Tərtərdə 28 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Bərdədə 22 m/s, Şəki, Zaqatalada 20 m/s, Tovuzda 18 m/s, Ceyrançöldə 17 m/s, Şəmirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.8 metrə çatıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR