Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə Sfera.az-a FHN-dən bildirilib. Zəlzələ Mingəçevir , Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ