İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik "Şuşa ili" ilə bağlı müsabiqə elan edib, 2000 manat mükafat veriləcək

“Ən yeni tariximizin şanlı səhifələrini təşkil edən 44 günlük Qarabağ müharibəsində Azərbaycan ordusunun parlaq qələbəsinin əbədiləşdirilməsi və incəsənətdə təcəssümü məqsədilə Mədəniyyət Nazirliyi 2021-ci il 1-5 noyabr tarixlərində “4.4 Qısa Tamaşalar Festivalı” keçirdi. Müharibə mövzusuna həsr olunmuş festivala Bakıdan və bölgələrdən 20-dən artıq tamaşa təqdim edilmişdi. Onların arasında dövlət teatrları ilə yanaşı, özəl teatrlar, həmçinin müstəqil sənətçilər də var idi”.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsindən Musavat.com-a bildirilib ki, bu il də teatrların repertuarında həm Vətən müharibəsi, həm də “Şuşa ili” ilə bağlı tamaşalar səhnəyə qoyulacaq: “2022-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə Akademik Milli Dram Teatrında “Zəfər yolu” tamaşası hazırlanacaq. Artıq tamaşanın məşqlərinə başlanılıb. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur. Bununla yanaşı, Akademik Musiqili Teatrda Samir Qulamovun quruluşunda Vətən müharibəsinə həsr olunmuş "Bir nəfəs qədər" tamaşası hazırlanmış və 2022-ci ildə İranda keçirilən Fəcr beynəlxalq festivalında uğurla çıxış etmişdir.n Ümumiyyətlə, Bakıda və regionlarda fəaliyyət göstərən teatrların demək olar böyük bir qisminin repertuarında Vətən müharibəsinə həsr olunmuş səhnə əsərləri var. O cümlədən, Akademik Rus Dram Teatrının aktrisası, Xalq artisti Aleksandra Nikuşinanın müəllifi olduğu "Moya voyna" tamaşasını qeyd edə bilərik. Təqdirəlayiqdir ki, Qarabağ müharibəsindən bəhs edən və A.Nikuşinanın ifasında təqdim olunan monotamaşanın quruluşçu rejissoru da əslən rus olan aktrisanın özüdür”.

Nazirlikdən həmçinin, bildirilib ki, cari ilin əvvəlində "Şuşa ili"nə həsr olunmuş pyes müsabiqəsi elan edilib: “Sentyabrın 1-i pyes qəbulu sona çatacaq. Qalibə 2000 manat məbləğində pul mükafatı veriləcək və əsər dövlət sifarişi əsasında tamaşaya qoyulacaq.


Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR