İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən Binəli Yıldırımın səhhəti ilə bağlı AÇIQLAMA

Bu gün Türkiyə mətbuatında hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın infarkt keçirməsi ilə bağlı iddialar yayılıb.

Musavat.com xəbər verir ki, ölkənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabından B. Yıldırımın səhhəti ilə əlaqədar açıqlama verib.

O, hazırda B.Yıldırımın səhhətində ciddi problem olmadığını bildirib:

"Hörmətli Binəli Yıldırımın səhhəti ilə bağlı bəzi mətbuat orqanlarında gedən xəbərlərlə bağlı açıqlamaya ehtiyac var idi. Dünəndən onun sağlamlıq müayinələri tamamlandı. Binəli Yıldırımın ciddi sağlamlıq problemi yoxdur. Ona can sağlığı arzu edirəm". 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2024

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR