Onlayn ictimai-siyasi qəzet
"Star-M" Mənzil Tikinti Kooperativi və "Şanş" MTK-nın maliyyə problemləri bitmir. Hər iki tikinti şirkətinin vergiyə külli miqdarda borcu yaranıb, sədrləri həbs edilib, narazı müştərilər var.
Musavat.com xəbər verir ki, hər iki MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmov həbs edilib. Baş Prokurorluğun məlumatına görə Məhərrəmov Məhərrəm Həsənqulu oğlu Bakı şəhərində inşa olunmuş yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla külli miqdarda vəsaiti ələ keçirib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
İş üzrə başqa zərərçəkmişlərin olduğu da bildirilir.
"Şans" MTK tərəfindən əldə edilən gəlirdən 770 min manat sadələşdirilmiş verginin büdcəyə ödənilmədiyi məlum idi. Sədr həbs ediləndən sonra məbləğin 750 min manata yaxın hissəsini ödəyib.
“Star-M” MTK-nın da vergiyə 1 milyon manata yaxın borcu yaranıb.
Adı çəkilən MTK-lardan mənzil və qeyri-yaşayış sahələri alan şəxslərin bir çoxu dəymiş zərəri ala bilmir.
İ.Muradov
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ