İnsanlara hürriyət, millətlərə istiqlal!

Qrenlandiyanın müstəqilliyi üçün referendum keçiriləcək

Qrenlandiyanın Siumut (“İrəli”) partiyası müstəqillik üçün referendum keçirmək niyyətindədir.

Musavat.com xəbər verir ki, səsvermə yaz aylarına planlaşdırılıb və martın 11-də keçiriləcək ümumi seçkilərdən sonra baş tuta bilər.

Partiyanın sözçüsü Doris Jensen bildirib ki, partiya Qrenlandiyaya tam müstəqilliklə bağlı danışıqlar aparmaq hüququ verən 2009-cu ildə qəbul edilmiş qanundan istifadə edəcək.

Qeyd olunur ki, Qrenlandiyanın bütün parlament partiyaları (5 partiya) adanın ABŞ-a qoşulmasına qarşıdır.

Ötən həftə “Verian” sosioloqları tərəfindən aparılan sorğu göstərib ki, qrenlandiyalıların 85%-i də hadisələrin belə inkişafını istəmir, 45%-i isə ABŞ prezidenti Donald Trampın adaya marağını təhlükə kimi qəbul edir.

Siumut partiyasının nümayəndələri Qrenlandiya parlamentindəki 31 yerdən 10-na sahibdirlər, İnuit Ataqatigiit partiyasının üzvləri ilə yanaşı, hər iki siyasi qrup adanın müstəqilliyi ideyasını dəstəkləyirlər. Üçüncü böyük partiya olan Naleraq (parlamentdə beş nəfərdən ibarət fraksiya) da Danimarka ilə əlaqələri kəsmək arzusunu ifadə edib.

Xatırladaq ki, Donald Tramp həl ilk prezidentlik dövründə Qrenlandiyanı əldə etmək arzusunu ifadə etmişdi və 2024-cü il seçkilərində qalib gəldikdən sonra bu ideyasını gündəmə gətirdi. Yanvarın əvvəlində o, adaya nəzarət etmək üçün hərbi və ya iqtisadi təzyiqdən istifadə olunacağını istisna etməyib. Eyni zamanda Konqresdəki Respublikaçılar Trampa adanın alınması ilə bağlı danışıqlar aparmaq səlahiyyətinin verilməsini nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

Danimarkanın baş naziri Mette Frederiksen daha əvvəl krallığın muxtar ərazisi olan Qrenlandiyanın satılmadığını vurğulamışdı.

Öz növbəsində, Qrenlandiyanın baş naziri Mute Egede bəyan edib ki, ada nə Danimarkaya, nə də ABŞ-a aid olmalıdır. O, həmçinin Tramp administrasiyası ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR