İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın keçmiş meri və arvadı pula görə ÖLDÜRÜLDÜ - Qatil nəvə çıxdı - FOTOlar

Bir neçə gün əvvəl öldürüldükləri bildirilən Samaranın keçmiş meri Viktor Tarxov və həyat yoldaşı Natalya ilə bağlı dəhşətli təfərrüatlar üzə çıxıb.

Milli.Az SHOT-a istinadən məlumat verir ki, qətlin əsas şübhəlisi mərhumların 29 yaşlı nəvəsi Yekaterina Belskayadır.

İstintaq versiyasına görə, Yekaterina Belskaya təxminən bir ay əvvəl nənə və babasını öldürərək, cəsədləri doğrayıb, torbalara və çəlləklərə qoyub və sonra taksi ilə şəhərin müxtəlif zibil qutularına daşıyıb. Cinayətin motivi kimi, mərhumların 145 milyon rubl (təxminən 2.5 milyon manat) dəyərində əmlakı, o cümlədən Moskva ətrafında malikanə, Samarada biznes mənzili və avtomobilləri göstərilir.

İstintaq göstərib ki, Belskaya narkotik maddə qəbul edib və 2020-ci ildə anası onun məhdud fəaliyyət qabiliyyətli şəxs kimi tanınmasını istəyib. Həmçinin, cinayətin qeyri-adekvat vəziyyətdə törədildiyi də mümkündür.

Hazırda Yekaterina Belskaya həbs edilib və ifadə verməkdən imtina edir. İstintaq isə qətlin bütün hallarını araşdırmağa davam edir.

Cinayətin əvvəlində Viktor Tarxovun yoxa çıxması, keçmiş müavini Aleksandr Kuznetsov tərəfindən diqqətə alınıb. Məlum olub ki, Tarxov və həyat yoldaşı mənzildə son dəfə ayın əvvəlində olub və bir daha oradan çıxmayıblar. Mənzilə dəfələrlə onların 29 yaşlı nəvəsi gəlmişdi.

Cinayət işi fevralın 3-də açılıb və Yekaterina Belskaya həmin gün ilk dindirilməyə çağırılıb. İfadə verməkdən imtina edən Belskaya müvəqqəti həbs edilib və fevralın 5-də iki ay müddətinə həbs qərarı verilib.

Mənbələr bildirir ki, Tarxovların mənzilində mübarizə və qan izləri tapılmayıb, amma nəvələrinin evində mərhumlara məxsus sənədlər və telefonlar aşkar edilib.

Qeyd edək ki, Viktor Tarxov 2006-2010-cu illərdə Samara şəhərinin meri olub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR