İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Ukrayna Kurskda CƏBHƏNİ YARDI, inanılmaz İRƏLİLƏYİŞ var

Rusiyanın Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri mexanikləşdirilmiş hücumlarının yeni dalğasına başlayıb və Sudjanın cənub-şərqinə doğru cəbhəni yararaq irəliləyib.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında belə deyilir. “Ukrayna qüvvələri 38K-028 Sudja-Oboyan magistral yolu boyunca Maxnovkanın cənub-qərbində və Çerkasskaya Konopelkanın şimal və şərqində mövqelər tutaraq Kolmakov və Fanaseyevkanı ələ keçirib”, - məlumatda deyilir.

Amerikalı analitiklər Ukrayna qüvvələrinin təxminən bir batalyon olduğunu və 5 km irəlilədiyini qeyd edirlər. Həmçinin bildirilir ki, Rusiya hərbi müxbirləri Ukrayna Silahlı Qüvvələrinin 30-50 zirehli texnikadan istifadə edərək hücum etdiyini deyirlər.

ISW qeyd edib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin irəliləməsindən narahatdır, çünki bu, Sudjanın cənubundakı rus qruplaşmasının arxa cəbhəsini təhdid edə və rusların Ukraynanın quru rabitə xətlərini kəsmək imkanlarına mane ola bilər.

Analitiklər qeyd ediblər ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hücum əməliyyatları hazırda davam edir və bu, Ukrayna ilə sərhəddə yerləşən Rusiya bölmələrinə əlavə təzyiq yaradır.

Rusiya prezidenti Vladimir Putin “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır.

Rusiya Bakıdakı “Rus Evi”nin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar verəcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kremlin Bakıya mesajı budur ki, bu addım anlaşılmazlıq hesab edilir. Dmitri Peskovun açıqlaması zamanı Bakıda Rusiyanın mədəniyyət mərkəzi olan “Rus Evi”nin bağlanmasından təəssüfləndiyini qeyd edib. “Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli əlaqələrdə yeni mərhələ çərçivəsində nail olmaq olar... Biz bu məsələni müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələ gündəmə gələ bilər. Biz mehriban, ənənəvi münasibətlərimizi rəhbər tutaraq bu problemləri dialoq yolu ilə həll edəcəyik”, - Kremlin Bakıya mesajı olaraq Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Azərbaycan hökuməti, Bakıdakı "Rus Evi"nin (Rossotrudniçestvo) fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya rəsmi bildiriş göndərib. Bu qərarın əsas səbəbi, "Rus Evi"nin Azərbaycan qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə, fevralın 3-də Rusiya tərəfinə nota göndərildiyini təsdiqləyib və qeyd edib ki, "Rus Evi"nin qeydiyyatsız fəaliyyəti ölkənin qanunlarının ciddi şəkildə pozulması deməkdir”.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Oqtay Qasımovla söhbətləşir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR