İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir polkovniki daha yüksək vəzifəyə təyin etdi

Daxili İşlər orqanlarında növbəti kadr təyinatı baş tutub.

Musavat.com bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini polis polkovniki Rauf Babaşov tutduğu vəzifəsindən azad olunaraq Yardımlı Rayon Polis şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Yardımlı Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Arif Babayev bir neçə gün bundan əvvəl xidmətdə olmanın son yaş həddi əlaqədər olaraq vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR