İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müəllimlərin cavab verə bilmədiyi sualları açıqladı

10 min vətəndaşın tələbə kreditindən yararlanacağını proqnozlaşdırıq.

Musavat.com-un məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin Sentyabr Konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O əlavə edib ki, müəllimlərin 98 faizi sertifikasiya prosesində iştirak edib:" 78 faiz müəllim ilk mərhələdə uğur qazanıb. Ümumiyyətlə, sertifikasiya ilə bağlı müsbət xəbərlərimiz var. Sertifikasiyanın keçirilməsi bizə müdaxilələrin olmasına mane olmağa kömək edəcək. Sertifiksiyadan keçmiş 10 944 müəllimdən
2367-nin təkmilləşdirməyə ehtiyacı var. Yəni 22 faiz müəllimin maaşına əlavələr edilməyəcək.

Müəllimlərin 50 faizindən çoxu isə müsbət  nəticələr əldə edib". Nazir müəllimlərin cavab verə bilmədiyi sualları da sadalayıb:"Əsas problemlərimiz 35-39 yaxşdan başlayır. Bizim hər bir yaşda səriştəli, bilikli müəllimlərimiz var. 60 yaşdan yuxarı uğurlu nəticə yığan 184 müəllimimiz var. Amma yenə də 40-55 yaş bizi daha çox narahat edir. Çünki onlar fəaliyyətini davam etdirəcəklər".

Afaq Mirayiq

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR