İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini Rəhman Hümmətov AQEM-in İcraçı direktoru ilə görüşüb

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) İcraçı direktoru Kayrat Sarıbayın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla görüşüb.

Görüşdə “Nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı” sahəsində etimad quruculuğu tədbiri üzrə əlaqələndirici qismində Azərbaycan Respublikasının AQEM-lə əməkdaşlığına dair məsələlər müzakirə olunub.

 Eyni zamanda ölkəmizin nəqliyyat sahəsində regional əməkdaşlığın inkişafı üzrə həyata keçirilən layihələrdə iştirakı və regional əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR