İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini: "Bu halın qarşısını ala bilmirik"

"Ölkə ərazisində qeyri-qanuni sərnişin daşımalarının qarşısını almaq üçün işlər görülür".

Musavat.com xəbər verir ki, bunu şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışı - biletim.az portalının təqdimat mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, qeyri-qanuni sərnişin daşımalarının qarşısını almaq üçün mübarizə aparılsa da, təəssüf ki, neqativ hallar yenə də baş verir: "Dövlət qurumları bununla bağlı bir sıra işlər görsə də, qarşısını almağa çalışsaq da buna nail ola  bilmirik. Bununla bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var. Artıq dəyişiklik paketi də hazırlamışıq. Sürücülər beynəlxalq standartlara uyğun olmalıdır. Sürücülər üçün təlimlər, onlar üçün yeni təlim proqramları hazırladıq. İndiyədək 1300-ə yaxın sürücü təlimlərə cəlb edilib. 2023-cü ilin aprelinə qədər 8000-ə yaxın sürücünün təlimlərə cəlb ediləcəyi gözlənilir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR