İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir hakimiyyəti günahlandırıb istefa verdi - Britaniyada

Böyük Britaniyanın ətraf mühit naziri Zak Qoldsmit baş nazir Rişi Sunakı ətraf mühit məsələləri ilə “maraqlanmamaqda” ittiham edərək istefa verib.

Musavat.com xəbər verir ki, Qoldsmit istefa qərarını Twitter hesabında açıqlayıb.

"Problem hökumətin ətraf mühitə düşmən olmasında deyil, sizin baş nazir olaraq bunu ciddiyə almamağınızdadır”,-deyə keçmiş nazirin Sunaka müraciətində bildirilib.

Qoldsmit Sunak hökumətinin heyvanların rifahı qanun layihəsini ləğv etdiyini eşitdikdə “dəhşətə gəldiyini” yazıb. Plan primatların ev heyvanı kimi saxlanmasının qadağan edilməsini, diri mal-qaranın ixracının qadağan edilməsini və yapışqan tələlərlə mübarizəni nəzərdə tuturdu.

Sabiq nazirin sözlərinə görə, Sunakın bu mövqeyi hökumətdə ekoloji məsələlərdə “iflic”ə səbəb olub. Qoldsmitə görə, Böyük Britaniya dünyada iqlim və təbiət məsələlərində liderlikdən əl çəkib. "Qarşılaşdığımız ən böyük problem qarşısında hökumətin laqeydliyi mənim vəzifədə qalmağımı qeyri-mümkün edir. Ona görə də mən könülsüz olsam da, gedirəm", - deyə, Qoldsmit yazıb.

Lakin Britaniya mətbuatınn yazdığına görə, Qoldsmitin vəzifədən getməsi heç də onun heyvanlara hədsiz sevgisi ilə bağlı deyil. Keçmiş ekologiya nazirinin sabiq baş nazir Boris Consonu müdafiə etməsi ona baha başa gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR