Onlayn ictimai-siyasi qəzet
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib.
Musavat.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Babək Əhliman oğlu İsgəndərov sözügedən vəzifəyə təyin olunub.
Qeyd edək ki, Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda 12 saylı cəzaçəkmə müəssisəsinin rəis vəzifəsinin icrası rəis müavini Cavid Səfərova tapşırılıb.
Xatırladaq ki, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleks ötən ilin yanvar ayında istifadəyə verilib.
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ