İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir açıqladı: Ukraynadan ixrac edilən məhsullar...

Qara dənizdəki taxıl dəhlizi ilə Ukraynadan ixrac edilən bütün kənd təsərrüfatı məhsullarının demək olar yarısı Avropa ölkələrinə çatdırılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bazar günü Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayloğlu bildirib.

“Avqustun 1-dən dekabrın 25-dək 585 quru yük gəmisi Ukrayna limanlarını tərk edib. Ümumilikdə 13 adda 15 milyon 80 min ton kənd təsərrüfatı məhsulu ixrac edilib. 171 quru yük gəmisi Türkiyə limanlarına gəlib”, - deyə nazir bildirib.

Karaismayloğlunun sözlərinə görə, ixrac edilən məhsulların 15%-i Türkiyəyə çatdırılıb.

“Məhsulların 12%-i Afrika ölkələrinə, 29%-i Asiyaya, 44%-i Avropaya çatdırılıb”, - deyə nazir dəqiqləşdirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR