Onlayn ictimai-siyasi qəzet
"Milli Onkologiyada Kimyaterapiyanın müdiri Anar Məmmədovla mərhum aktrisa Çimnaz Sultanova barəsində danışdım. 2022-ci ildə əməliyyat keçirdikdən sonra aktrisa Milli Onkologiyaya gəlib, həkim ona kimyaterapiya olunmasını tövsiyə edib, lakin Çimnaz imtina edib. Saçlarının tökülməsindən qorxub".
Musavat.com bildirir ki, bu sözləri tamada-şairə Nazilə Səfərli sosial şəbəkədə deyib.
Nazilə Səfərlinin sözlərinə görə aktrisaya bir neçə dəfə kimyaterapiya olunması tövsiyə edilsə də, o, bundan imtina edib. Yalnız 2023-cü ildə qaraciyərinin metastazından sonra kimyaterapiyaya razı olub, 3 kurs müalicə alıb. Lakin qaş və saçlarının tökülməsindən sonra kimyaterapiyanı dayandırıb. "Bundan sonra ilyarım ərzində Çimnazı Onkologiyada görən olmayıb", deyə şairə xanım qeyd edib.
Nazilə Səfərli "Evdə 2 övladım böyüyür, elə şeylər paylaşan insanın dəfnində nə işim var?" deyən rejissor Rövşən İsaxa sərt cavab verib:
"Burdan demək istəyirəm ki, bu həyatda heç kim yaşatdığını yaşamadan ölmür. Bunu da siz unutmayın, nə hörmətli ailələrdən necə aşağılayan övladlar çıxır. Yaşayarıq, görərik. Biriniz barmağınızı qatlayın ki, Çimnaz xanım mənə pislik edib. Hər nə video çəkirdi, yaşayırdı, özü bilər. 3 il xərçəng xəstəliyi ilə mübarizə aparıb, amma birimizin xəbəri olmayıb. Barmağınızdan yara çıxan kimi az qala Barak Obama bilsin. Ona görə də artıq-əskik danışmayın. Sağlığında heç nə deyə bilmirdinizsə, öləndən sonra da danışmayın, mumlayın!"
Xalidə Gəray
Musavat.com
17 Yanvar 2025
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ