İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayevin yaxın qohumunun xaricə çıxardığı yarım milyard dollar geri qaytarılır

Qazaxıstan hüquq-mühafizə orqanları ölkənin birinci prezidenti Nursultan Nazarbayevin yaxın qohumu Kayrat Satıbalduılın xarici ölkələrə çıxardığı 230 milyon dollarlıq qızıl-zinət əşyaları və qiymətli daşların geri qaytarılmasına nail olub.

Musavat.com Qazaxıstan Korrupsiyaya qarşı Mübarizə Agentliyinə istinadən xəbər verir ki, sentyabrda 6 illik həbs cəzasına məhkum edilən Satubalduıl və daha bir neçə nəfərə qarşım qaldırılmış cinayət işi üzrə ölkədən çıxarılan aktivlərin qaytarılması istiqamətində işlər davam etdirilir. Belə ki, keçmiş prezidentin yaxın qohumunun xaricdə qiymətli kağızlara yatırdığı 300 milyon dolların da tezliklə Qazaxıstan büdcəsinə qaytarılması nəzərdə tutulur. Artıq bununla bağlı bütün işlər yekunlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR