İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda yararsız at əti restoranlara satılırmış - Foto

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara satmada şübhəli bilinən şəxslər müəyyən edilib.

Bu barədə "Report"un yerli bürosuna Babək Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında həyata keçirilən tədbirlərlə rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.

Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR