İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan xanı ilə savaşan məşhur həkim Səxavət Əlisoy "CANLI"da - sensasion detallar

Naxçıvan Muxtar Respublikasındakı bütün idarə və müəssisələrdən - büdcə təşkilatlarından Ali Məclisin keçmiş sədri Vasif Talıbovun şəkilləri yığışdırılıb.

Bu barədə Modern.az-a Naxçıvandakı dövlət təşkilatının adının çəkilməsini istəməyən vəzifəli şəxsi məlumat verib.

Bildirilib ki, bu haqda tapşırığı Naxçıvan MR-in yeni rəhbərliyi verib. Bununla bağlı müvafiq tapşırıqların artıq icra olduğunu vurğulanıb.

Qeyd edilir ki, bu yaxınlara kimi Naxçıvandakı idarə və müəssiələrdə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə yanaşı, Vasif Talıbovun da şəkilləri asılırdı.

“Artıq heç bir qurumda Ali Məclisin keçmiş sədrinin şəkillərinə rast gəlinmir”, - deyə mənbə bildirib.

Xatırladaq ki, Vasif Talıbov 2022-ci il dekabrın 21-də Ali Məclis sədri postundan istefa verib.

Naxçıvan MR Ali Məclisinin həmin gün keçirilən iclasında V.Talıbovun istefası ilə bağlı qərar rəsmən təsdiqlənib.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışırdı.

22 dekabr 2022-ci il tarixində Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində əslən Naxçıvandan olan, zamanında Naxçıvandan 2 saylı Şərur seçki dairəsindən deputatlığa namizəd olmuş Səxavət ƏLisoy çıxış edəcək. O, 2010-cu il parlament seçkilərindən sonra Naxçıvandakı ata ocağının dağıdılmasından danışacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR