İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının komandası Rusiyada fəaliyyətini bərpa edir: “Putin rejimi zəifləyir”

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının komandası Rusiyadakı tərəfdarlarının qərargahının işini bərpa etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Navalnıya yaxın siyasətçilər sayılan İvan Jdanov və Leonid Volkov “Sirena” saytı vastiləsilə məlumat yayıb.

Qeyd edək ki, Aleksey Navalnının Rusiyada qurduğu Qərargahlar şəbəkəsi Moskva Şəhər Məhkəməsi tərəfindən ekstremist təşkilat kimi tanınıb. Bu səbəbdən onun bir çox işçisi cinayət təqibi səbəbindən mühacirət edib. Bununla belə, müxalifətçinin həmfikirləri “yeddi aylıq müharibədən sonra “Putin rejiminin mövqeləri zəiflədiyini” bildirirlər.

Xatırladaq ki, Rusiyada Volkov və Jdanovun özünə qarşı cinayət işi açılıb, onlar özləri xaricdə yaşayırlar. Aleksey Navalnı isə Vladimir vilayətindəki sərt rejimli həbsxanada cəza çəkir. Qərargahla əməkdaşlıq Rusiya qanunvericiliyinə görə uzunmüddətli həbs cəzası nəzərdə tutulan ekstremist təşkilatda iştirak kimi qiymətləndirilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR