İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnı qiyam hadisəsi haqqında: “Xəbər tutduqda elə bildim zarafat edirlər”

 

Rusiya müxalifətinin lideri, hazırda Vladimir vilayətindəki həbsxanada cəza çəkən Aleksey Navalnı “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin qiyamına münasibət bildirib.

Siyasətçinin sözlərinə görə, o, baş verənləri haqqında açılan yeni cinayət işi üzrə məhkəmə iclası zamanı öyrənib. Çünki onun kamerasındakı radio iyunun 1-dən söndürülüb, digər məhbuslara isə onunla ünsiyyət qurmaq qadağan edilib.

"Ona görə də, vəkillər "məhkəmə zalında" məndən: "Yaxşı, hərbi vəziyyət sizin üçün necə keçdi?" – deyə soruşanda düşündüm ki, yəqin mənimlə zarafat edirlər.

Bir dəqiqə sonra mənə Rostovun tutulması, vurulmuş helikopterlər və “Şoyqu məxluqunu öldürmək” üçün Moskvaya gedən hərbi karvan haqqında danışdıqda hələ də mənimlə əylənmək istədiklərini fikirləşdim, - deyə Navalnı yazıb.

"Rusiya helikopterlərini Rusiya səmasında vuran Qərb və ya müxalifət deyil. Rusiyanı vətəndaş müharibəsi astanasına qoyan bizim Korrupsiyaya qarşı mübarizə fondu da deyil. Bunu Putin şəxsən edib. Xatırladıram o, Şoyqunu və orada daha kimləri öldürmək üçün Moskvaya yürüş edən bütün məhkumları ŞƏXSƏN əfv edib”, - deyə siyasətçi bildirib.

Navalnıya görə, Putin rejimi ölkə üçün o qədər təhlükəlidir ki, hətta onun qaçılmaz süqutu vətəndaş müharibəsi təhlükəsi yaradacaq, çünki Putinin tərəfdarları “hər an hamıya qarşı hamının müharibəsinə başlamağa” belə hazırdır.

“Hərbçilərin kolonlar Moskvaya getdiyi anda heç kim Putini müdafiə etmək üçün ayağa qalxmadı, onun ətrafında milli birlik də yox idi. Qoşunlar arasında, daha doğrusu, ən azı döyüşən bölmələrdə Putinin nüfuzu yoxdur”, - deyə Navalnı        qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR