İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO və Avropa İttifaqı MÜHÜM ADDIM atdı - Türkiyəni də yaxından maraqlandırır

Ötən gün əməkdaşlıqlarını növbəti səviyyəyə qaldırmaq üçün üçüncü birgə bəyannaməni verən NATO və Avropa Birliyi dünən kritik infrastrukturun qorunması istiqamətində mühüm addım atıb.

Musavat.com xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Yens Stoltenberq hər iki tərəfdən ekspertlərdən ibarət birgə işçi qrupunun yaradıldığını elan ediblər.

Yaradılması “Şimal axını” boru kəmərinin təxribatı ilə sürətləndirilən işçi qrupu NATO və Aİ ölkələrində kritik infrastruktura qarşı əsas təhlükələri müəyyən edəcək. Strateji zəiflikləri də qiymətləndirəcək komanda davamlılığı artırmaq üçün əsas prinsiplər hazırlayacaq. İşçi qrup ilkin olaraq dörd sahəyə diqqət yetirəcək və mümkün zəiflikləri aradan qaldırmaq üçün tədbirlər təklif edəcəklər. Bunlar nəqliyyat, enerji, rəqəmsal və kosmos sahələri kimi müəyyən edilib.

Qeyd edək ki, strukturu hələ təfərrüatlı şəkildə açıqlanmayan işçi qrupunun işi mühüm infrastruktur elementlərinə malik Türkiyəni də yaxından maraqlandırır.

Ursula fon der Leyen Aİ ilə NATO arasında əməkdaşlığın ötən illərə nisbətən daha da dərinləşdiyini və artdığını deyib: “Şimal axını"na qarşı təxribat göstərdi ki, yeni təhdid növlərinə hazır olmaq və qarşısını almaq lazımdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR