İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ölkələri kosmik kəşfiyyat mübadiləsini genişləndirmək üçün 1 milyard dollar ayıracaq

NATO-nun 17 ölkəsindən ibarət qrup Alyansın Kosmosdan Davamlı Nəzarət (APSS) proqramına 1 milyard dollar ayırmağı vəd edib.

APA xəbər verir ki, NATO-nun veb-saytının verdiyi məlumata görə, o müttəfiqlərin “quruda və dənizdə görünməmiş dəqiqlik və səmərəliliklə fəaliyyətlərə nəzarət etmək” imkanlarını gücləndirməlidir.

 

 

 

Press-relizdə deyilir ki, müvafiq sənəd Vaşinqtonda keçirilən NATO sammitində imzalanıb. Qeyd edildiyi kimi, APSS alyansın tarixində ən böyük “kosmik imkanlara çoxmillətli investisiya”nı təmsil edir.

Memorandumun imzalanması ilə proqram növbəti 5 il ərzində 17 NATO ölkəsi “kommersiya və milli kosmik aktivlərdən istifadə etmək və onların istismarı üçün qabaqcıl imkanları genişləndirmək məqsədi ilə 1 milyard dollardan çox vəsait ayıracaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR