İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun 21 üzv ölkəsi Ukraynaya dəstək üçün təşəbbüslər paketi qəbul edib

NATO-nun 21 üzv ölkəsi Ukraynaya dəstək üçün təşəbbüslər paketi qəbul edib.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində qəbul olunan “Ukrayna müqaviləsi” adlı sənəddə deyilir.

“Biz NATO sammitinin Birgə Bəyannaməsində və onu imzalayan hər bir ölkənin Ukrayna ilə bağladığı təhlükəsizlik sazişlərində təsbit olunduğu kimi, bu ölkənin hərtərəfli təhlükəsizlik ehtiyaclarını ödəmək üçün kollektiv səylərimizi əlaqələndirmək və sürətləndirmək üçün müqaviləni elan edirik”, - sənəddə bildirilir.

Qeyd edilir ki, tərəflər bu müqavilə vasitəsilə Ukraynanın öz azadlığını, müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü uğurlu müdafiəsini və gələcək təcavüzün qarşısını alması üçün davamlı niyyət və öhdəliklərini bəyan edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR