Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında barışıq istiqamətində əldə olunan nəticələri alqışlayırıq.
Musavat.com xəbər verir ki, bu barədə NATO sözçüsü Allison Hart sosial şəbəkədə paylaşım edib.
“Biz Ermənistan və Azərbaycan arasında davamlı sülhün təmin olunması yolunda atılan addımı yüksək qiymətləndiririk. Bu prosesə verdiyi dəstəyə görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığımızı ifadə edirik”, – Hart qeyd edib.
O, həmçinin vurğulayıb ki, bu addım yalnız ikitərəfli münasibətlərin normallaşmasına deyil, bütövlükdə regionun təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ