Onlayn ictimai-siyasi qəzet
Rusiya tərəfinin bu il Azərbaycanın Qarabağ bölgəsində baş konsulluq açmaq niyyəti heç də birmənalı deyil. Bu, daha çox presedentlərlə bağlı olan bir məsələdir. Azərbaycanın Rusiya ərazisində iki konsulluğu fəaliyyət göstərir. Yekaterinburq və Sankt-Peterburqda Azərbaycanın konsulluğu mövcuddur.
Bu sözləri eks xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O qeyd edib ki, bunun qarşılığında Rusiyanın Azərbaycan ərazisində yalnız səfirliyi var: “Mən xarici işlər naziri olan vaxtda da Rusiya tərəfindən Azərbaycanda konsulluğun açılması məsələsi gündəmə gətirilmişdi. Rusiya tərəfi Gəncədə konsulluq açmaq niyyətini ifadə etmişdi. Hətta bununla bağlı müəyyən danışıqlar da aparıldı. Amma sonra proses dayandı. İndi isə Karasin səviyyəsində (Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin başçısı Qriqori Karasin) bu məsələ qaldırılıb”.
Maraqlıdır, bu məsələ hələ də təklif kimi gündəmdədir. Buna Azərbaycan hökuməti tərəfindən reaksiya niyə gecikir? Bu təklifin səsləndirilməsi Azərbaycanla Rusiya arasındakı razılaşmanın bir nəticəsidir, yoxsa Rusiyanın Qafqazda söz sahibliyi iddiasının təzahürü?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının moderatorluğu ilə iqtidar-müxalifət debatı çərçivəsində müzakirə edəcəyik. Qonaqlarımız YAP-çı millət vəkili Elman Nəsirov və Real Partiyasının icra katibi Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ