İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusu idarə edən sürücü HƏBS EDİLDİ

Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusu idarə edən sürücü həbs edilib

Musavat.com xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi "Mersedes" markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb.

Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib.

M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR