İnsanlara hürriyət, millətlərə istiqlal!

Narışkin Bakıda Qərb kəşfiyyatını ittiham etdi

“Əfqanıstan: regional əlaqələr, təhlükəsizlik və inkişaf” konfransında çıxış edən Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru hesab edir ki...

Xəbər verdiyimiz kimi, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin aprelin 17-18-də Bakıda olub. Musavat.com Rusiya mediasına istinadəın xəbər verir ki, Narışkin Bakıda “Əfqanıstan: regional əlaqələr, təhlükəsizlik və inkişaf” konfransında iştirak edib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri çıxışında Qərb ölkələrini ittiham edib. O deyib ki, Qərbin qeyri-sabitliyi saxlamaq cəhdi hazırkı Əfqanıstan hakimiyyətinin beynəlxalq səviyyədə tanınmasına mane olur. Qərb kəşfiyyat orqanlarının hökumət əleyhinə olan Əfqanıstan qüvvələrinə dəstək verməsini qeyd edib.

Narışkin onu da deyib ki, Qərbin Əfqanıstanda qeyri-sabitlik yaratmaqda məqsədi Kabilə qarşı sanksiyaların saxlamaqdır. Onun sözlərinə görə, Əfqanıstan rəhbərliyi mənfi amilləri neytrallaşdırmaqla dövlətin dirçəlişinə və transformasiyasına kömək edəcək.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun sözlərinə görə, oxşar taktikadan Qərb Suriya, İraq və bir çox Afrika ölkələrində qeyri-sabitlik yaratmaqda istifadə edir. Kəşfiyyat direktoru dövlətlərin milli təhlükəsizliyinin qorunmasında birgə səylərinin və kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyətinin zəruri olduğunu deyib. Narışkin Qazaxıstan, Tacikistan və Özbəkistandan olan tərəfdaşlara həm terror qruplaşmalarından, həm də bəzi xarici kəşfiyyat orqanlarından gələn təhdidlərin müəyyən edilməsi və zərərsizləşdirilməsi üzrə birgə fəaliyyətinə görə xüsusi təşəkkürünü bildirib. 

615ece1020302721731ff2b0.jpg (111 KB)

Səfər çərçivəsində o, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə görüşlər keçirib.

Yada salaq ki, Narışkin Bakıdakı konfransda olarkən Rusiya Ali Məhkəməsi Əfqanıstanın qanuni hakimiyyəti olan “Taliban” hərəkatının terrorçu təşkilat kimi fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı qərar qəbul edib. Bu məsələ ilə bağlı iclas qapalı keçirilib. Bildirilir ki, qərar verilən “Taliban” hərəkatın nümayəndəsi də iştirak edib.

Qeyd edək ki, bundan əvvəl Daşkəndə də “Əfqanıstan: regional əlaqə, təhlükəsizlik və inkişaf” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndə heyətləri iştirak ediblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR