İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Rusiya aktivləri hesabına Ukraynaya 1 milyard funt-sterlinq verib

Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərdən Ukraynaya 1 milyard funt-sterlinq göndərib.

Musavat.com xəbər verir ki, məlumat Böyük Britaniya hökumətinin rəsmi saytında yerləşidirilib.

Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, London atəşkəs olacağı təqdirdə Ukraynaya göndərmək niyyətində olduğu Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini nəzərdən keçirir.

Qeyd edək ki, bu həftə Hili Fransa Silahlı Qüvvələr naziri Sebastien Lecornu ilə birlikdə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək üçün “istəklilər koalisiyası”nın müdafiə nazirləri ilə görüş keçirəcək. Bundan əlavə, o, gələn həftə Londonda İtaliya, Polşa, Ukrayna, Fransa və Almaniyanın müdafiə nazirlərinin iştirakı ilə görüş keçirəcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR