İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzanın ürək parçalayan görüntüləri: 2 il əvvəl və indi - VİDEO

Sosial şəbəkələrdə Qəzzanın eyni nöqtəsindən, məşhur Raşid küçəsindən çəkilmiş iki kadr yayılıb.

Musavat.com xəbər verir ki, 8 iyul 2023-cü il tarixli görüntülərdə küçə tamamilə normal şəhər həyatını əks etdirir: geniş prospekt, hündür binalar, axınla hərəkət edən avtomobillər və gündəlik qayğılarına gedən insanlar.

Şəhərin dənizkənarı mənzərəsi də diqqət çəkir.

1 sentyabr 2025-ci il tarixli video isə tamamilə başqa bir reallığı göstərir. Eyni küçə indi dağıntılar, çadır düşərgələri, uçulmuş binalar və fəlakətin izləri ilə doludur. Küçə boyunca insanlar ağır şərtlərdə yaşamağa məcburdur, məscid və digər binaların xarabalıqları göz önündədir.

Bu kadrlar sosial şəbəkə istifadəçiləri arasında böyük müzakirələrə səbəb olub. İki il ərzində Qəzzənin necə “parlaq bir şəhərdən” xarabalığa çevrildiyini göstərən bu videolar həm regionda baş verən faciələrin miqyasını, həm də insan həyatlarının necə dəyişdiyini aydın şəkildə nümayiş etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR