İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ukrayna hərbçilərinin təlimçilərini Polşaya göndərə bilər

 Almaniya Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbçilərinin hazırlanması ilə məşğul olan bir qrup alman əsgərinin Polşaya göndərilməsi imkanını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, belə bir addım üçün NATO ilə danışıqlar aparılması tələb olunur. Hazırda məsələ müzakirə mərhələsindədir və yekun qərar hələ verilməyib.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın “Bild” qəzeti rəsmi Berlinin münaqişə bitdikdən sonra belə, öz hərbçilərini birbaşa Kiyevə göndərmək planlarını gündəmdən çıxardığını yazmışdı.

Ekspertlər hesab edirlər ki, alman hərbçilərinin Polşada yerləşdirilməsi Ukrayna üçün hazırlıq və koordinasiya imkanlarını gücləndirəcək, eyni zamanda Almaniyanı münaqişənin birbaşa hərbi iştirakçısına çevirmədən prosesdə aktiv rol oynamasına şərait yaradacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR