İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu xəstə əsgərləri hücuma göndərib “xərcləyəcək”

Z-təbliğatçısı Kaşevarova HİV və hepatitli əsgərlərin ayrı-ayrı bölmələrinin yaradılmasını elan edib.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, belə döyüşçülərin hücum dəstələrinə təyin edilməsi və onlara fərqli qol sarğılarının verilməsi planlaşdırılır.

Kaşevarovanın sözlərinə görə, o, əvvəllər "cəbhədə tüğyan edən HİV və hepatit epidemiyasının həllini təklif edib" və "Rusiya Silahlı Qüvvələri bu mövzu üzərində işləməyə başlayıb".

HİV, onkoloji, hepatit, vərəmə yoluxmuş insanlar indi müqavilə bağladıqları, bütün bunları gizlətdikləri, ödəniş almaq üçün saxta sağlamlıq arayışları təqdim etdikləri, həmçinin xidmət zamanı hepatit və digər xəstəlikləri aşkarlananların da olduğu üçün onların ayrı-ayrı bölmələr şəklində formalaşdırılması qərara alınıb”, – Kaşevarova Telegram kanalında yazıb.

Onun xəbərinə görə, ordulardan birində (ad göstərilmir) komandirlik əmr verib: “B” hazırlıq kateqoriyasına malik belə hərbçilərdən ibarət vahid bölmə yaradılsın”.

O, belə əsgərlərin hücum bölmələrinə göndəriləcəyini və onlara xüsusi tanınma lenti taxılacağını vurğulayıb.

Onların vəzifəsi döyüş təmas xəttində müdafiə xətlərini tutmaq və saxlamaq olacaq”, - Kaşevarova yazıb.

Başqa sözlə, rusiyalı komandirləri xəstə hərbçiləri önə verib, hücuma göndərib “xərcləmək” fikrindədirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR